Bakıda 36 yaşlı kişi uşaqlarını gözüyaşlı qoydu
11 Sentyabr 2013 Çərşənbə 10:06
Onun borc üstündə intihar etdiyi bildirilir.
Ötən gün Bakının Qobustan rayonunda 36 yaşlı kişi intyihar edib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1970-ci il təvəllüdlü Asif İsayev özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Onun 3 övlad atası olduğu bildirilir.
Bildirilir ki, A.İsayev təbiətcə sakit adam olub. Onun intihar etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Verilən məlumata görə, Asif İsayevin müəyyən qədər də borcu olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: