Bakıda 2 qardaş naməlum şəraitdə bıçaqlanıb
20 Dekabr 2012 Cümə Axşamı 05:25
Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalara başlanılıb.
Bakının Sabunçu rayonu ərazisində bıçalanma faktı qeydə alınıb. Hadisə rayonun Bakixanov qəsəbəsində daha dəqiqi “Talkuçka” kimi tanınan “Bakıxanov” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, 31 yaşlı Əhmədov Ümid Əli oğlu və onun 25 yaşlı qardaşı Əhmədov Tural tanımadığı şəxslərlə aralarında mübahisə düşüb. Sonda davaya çevrilən mübahisə nəticəsində Ümid və Tural qardaşları həmin şəxslər tərəfindən bıçaqlanıblar. Ayaq nahiyələrindən xəsarət alan qardaşlar dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Artıq baş vermiş hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalara başlanılıb. Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: