Bakıda 14 nəfər yol qəzasında yaralanıb
03 Fevral 2014 Bazar Ertəsi 12:41
Paytaxtda yolların buzlu olması səbəbindən 11 yol qəzası baş verib.
Fevralın ilk iki günündə Bakıda baş verən 11 yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər xəsarət alıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, həmin günlərdə yol qəzaları əsasən yolların buz bağlaması üzündən yol qəzalarının sayı artıb.
Fevralın 1-də Bakıda 4 yol-nəqliyyat hadisəsilə bağlı təcili tibbi yardıma çağırış edilib. Həmin hadisələr nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların dörd nəfəri xəstəxanaya catdırılıb. Bir nəfərə hadisə yerində tibbi yardım göstərilib.
Ötən gün baş verən 7 yol qəzası nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
DOSTLARINLA PAYLAŞ: