Bakıda 13 yaşlı qız tecavüze uğradı
27 Avqust 2013 Çərşənbə Axşamı 11:30
Bakıda 13 yaşlı qız tecavüze uğrayıb. Qızı döyerek ağzını cırıblar.
Ötən gün saat 18:45 radələrində Bakının Xətai rayonunda Cavanşir küçəsində küçənin ortasında 13 yaşlı qız təcavüzə uğrayıb. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 2000-ci il təvəllüdlü B.N. təcavüzə uğrayıb.
Belə ki, qızın anası polisə şikayət edərək qızının təcavüzə uğradığını və döyüldüyünü bildirib. Qız küçənin ortasında hücuma məruz qalıb. Onu döyüblər. Azyaşlı qızın ağzı cırılıb, bədəninə müxtəlif zədələr dəyib. Deyilənlərə görə, azyaşlı qıza seksual xarakterli hərəkətlər də edilib. Lakin polis bu məlumatın dəqiqliyini araşdırmayıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
DOSTLARINLA PAYLAŞ: