Bakı sakini naməlum şəraitdə bıçaqlanıb
06 Mart 2013 Çərşənbə 06:54
Etibar Məmmədovu bıçaqlayanlar hadisə yerindən yayınıb.
Gecə Bakının Səbail rayonu Bayıl qəsəbəsində 24 yaşlı gənc oğlan bıçaqlanıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Məmmədov Etibar Cəlil oğlu 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan zaman onun sol kürək və bud nahiyyəsində çoxsylı bıçaq yaraları aşkar edilib. Cərahi əməliyyatdan sonra Etibar Məmmədovun həyatı xilas edilib.
Qeyd edək ki, artıq faktla bağlı Səbail rayon polis idarəsi və 8-ci polis bölməsinə məlumat verilib. Zərərçəkənin ilkin izahatı da alınıb. Araşdırma zamanı 24 yaşlı Etibar yaşadığı evin yaxınlığında tanımadığı şəxslər tərəfindən bıçaqlandığı ortaya çıxıb. Hazırda qanlı hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: