Bakı sakini naməlum şəraitdə bıçaqlanıb
20 Noyabr 2012 Çərşənbə Axşamı 07:00
Zərərçəkənin huşu özündə olmadığından hadisə ilə bağlı polislər hələlik onun izahatını ala bilməyiblər.
Bakının Nərimanov rayonunda da qanlı hadisə baş verib. Hadisə zamanı Koroğlu Rəhimov küçəsində yaşayan 25 yaşlı Quliyev Dəyanət Zöhrab oğlu çoxsaylı bıçaq xəsarətləri alıb. Zərərçəkən yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən bıçaqlanandan sonra hadisə şahidləri tərəfindən 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Faktla bağlı dərhal Nərimanov rayon polis idarəsinə məlumat verilib. Cərrahi əməliyyatdan sonra zərərçəkənin huşu özündə olmadığından hadisə ilə bağlı polislər hələlik onun izahatını ala bilməyiblər. Faktla bağlı Nərimanov rayon polis idarəsində başlanan araşdırmalardan sonra Dəyanət Quliyevin hansı səbəbdən və kim tərəifndən bıçaqlandığına aydınlıq gətiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar