Bakı sakini mağaza satıcısını bıçaqladı
21 Fevral 2013 Cümə Axşamı 07:15
Xəstəxanaya çatdırılan zərərçəkmişin vəziyyəti orta ağırdır.
Bakının Xətai rayonunda qanlı insident baş verib. Hadisə Nəsrəddin Tusi küçəsi 29/42 saylı ünvanda fəaliyyət göstərən ticarət obyekinin qarşısında qeydə alınıb. Məlumata görə, 22 yaşlı Zamanov Royal Elçin oğlu üzərində gəzdirdiyi bıçaqla həmin obyektdə satıcı işləyən 29 yaşlı Cəfərov Rəşad Ağamehdi oğluna xəsarət yetirib. Yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, sol döş qəfəsindən bir bıçaq xəsarəti almış yaralının vəziyyəti orta ağırdır. Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən Royal Zamanovu saxlamaq mümkün olub. Qanlı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar