Hadisə yerində polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri müvafiq tədbirlər görülür.
Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib. ANS PRESS-in məlumatına görə, bir nəfər naməlum səbəbdən dənizə düşüb.
Onun xilas olunması istiqamətində müvafiq tədbirlər görülür. Hadisə yerində polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri var. Sosial şəbəkələrdə yayılan şəkillərdən də görünür ki, xeyli adam da ora toplaşıb.
39-cü Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, həmin şəxsin dənizə necə düşdüyü araşdırılır. Onun kimliyi də məlum deyil.