Bakı-Quba yolunda gənci maşın vuraraq öldürdü
19 Sentyabr 2013 Cümə Axşamı 02:32
Rəsul Məmmədov “KamAZ” yük maşınından düşüb, yolu keçmək istəyərkən abtomobil tərəfindən vurulub.
Senyabrın 18-i axşam saatlarında Bakı-Quba yolunda insan ölümü ilə nəticələnmiş yol qəzası baş verib. ANS PRESS-in bölgə muxbirinin verdiyi xəbərə görə, Bakı-Quba yolunun 74-cü kilometrliyində, Xızı rayonunun Giləzi qəsəbəsi hissəsində yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Məmmədov Rəsul Fazil oğlunu Şəhriyar Cəlaloğlunun idarə etdiyi “VAZ21-144” markalı avtomobil vurub.
Piyada yerindəcə keçinib. Hadisə şahidlərinin dediyinə görə, 17 yaşlı Rəsul Məmmədov “KamAZ” yük maşınından düşüb, yolu keçmək istəyərkən abtomobil tərəfindən vurulub.
Baş Dövlət Yol Polisinin əməkdaşları hadisənin baş vermə səbəbləri araşdırır.
DOSTLARINLA PAYLAŞ: