Bakı Qazax yolundakı qəza zamanı avtobus alışıb
09 Oktyabr 2014 Cümə Axşamı 10:33
Fövqəladə Hallar Nazirliyi Bakı Qazax yolunda baş vermiş dəhşətli qəza ilə bağlı rəsmi məlumat yayıb.
ANS PRESS-in FHN-ə istinadla verdiyi məlumata görə, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə nəticəsində 40 yaxın sərnişinin yarandığı deyilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar