Bakı Qazax yolunda dəhşətli qəza
09 Oktyabr 2014 Cümə Axşamı 10:13
Bakı Qazax yolunda baş vermiş dəhşətli qəza nəticəsində iki nəfər ölüb.
Bakı-Qazax yolunda baş vermiş dəhşətli qəza nəticəsində iki nəfər ölüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlayıblar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.

Qeyd edək ki, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə “Mercedes” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar