Bakı metrosunda bədbəxt hadisə baş verib.
Yasamal rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, noyabrın 12-dən 13-nə keçən gecə, saat 03.45 radələrində tuneldə təsərrüfat işləri aparan qatar metronun gözətçisi, 46 yaşlı Yeganə Çələbiyevanın ayaqlarını qoparıb. Təsərrüfat qatarı metronun “20 Yanvar” stansiyasınında “İnşaatçılar” satansiyasına doğru hərəkət edərkən baş verib. Xəsarət alan qadının hər iki ayağı amputasiya olunub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 262.1-ci (yerinə yetirdiyi işlə əlaqədar dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS
Bakı metrosunda faciə baş verib
Qatar gözətçinin hər iki ayağını yerindən qopardı




Şərhlər