Bakı Metropolitenində qatar idarəetməni itirib, sərnişinlər təcili evakuasiya olunublar
04 Dekabr 2012 Çərşənbə Axşamı 12:57
Xəttə yeni qatar buraxıldıqdan sonra hərəkət bərpa edilib
Bu gün Bakı metropolitenində insident baş verib. Sərnişinlərin APA-ya verdiyi məlumata görə, metronun “28 May” stansiyasında qatarda olan bütün sərnişinlərdən vaqonları tərk etmək xahiş olunub.

Sərnişinlər qatarları tərk etdikdən sonra dərhal metrodan evakuasiya ediliblər. Sərnişinlərə evakuasiyanın səbəbi açıqlanmayıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov metroda yaşanmış problemi təsdiqləyib. O, qeyd edib ki, metronun “İçərişəhər” stansiyasında hərəkətdə olan qatar idarəetməni itirib: “Bu səbəbdən sərnişinlər həmin qatardan boşaldılıblar. Xəttə yeni qatar buraxıldıqdan sonra hərəkət bərpa edilib”.

E. Muradov hazırda metronun normal rejimdə fəaliyyət göstərdiyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar