Bakı İstintaq Təcridxanasında qadından dəhşətli əməl
10 Oktyabr 2013 Cümə Axşamı 15:39
Qadın özünü bu gün səhər saatlarında asıb.
Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Pentensiar Xidmətin mətbuat şöbəsinin rəhbəri Mehman Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, təcridxanada saxlanılan təqsirləndirilmiş şəxs Nurlana Əsədova özünü asıb. Hazırda qadının intihar etməsinin səbəbləri araşdırılır.
Qeyd edək ki, N. Əsədova bir müddət əvvəl həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xırdalan şəhəri ərazisindəki aptekə gələn 2 naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat aparıblar.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və onun arvadı Nurlana Əsədova tutulublar.
DOSTLARINLA PAYLAŞ: