Bakı bulvarında həyəcanlı anlar yaşandı 
    28 Mart 2013 Cümə Axşamı 09:57
    İntihara cəhd edən şəxs xilas edilib.
    
                	 
    
         Bu gün səhər saatlarında Dənizkənarı Milli Parkda bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Bununla bağlı saat 07:49 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal “Bakı mərkəz” sularda xilasetmə məntəqəsinin 3 nəfər xilasedicisi, “Dalğa” kateri və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb. 
ANS PRESS-in FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:00 radələrində başa çatıb.
DOSTLARINLA PAYLAŞ: