Bakı bulvarında atraksionda qızları döyübler
30 İyun 2014 Bazar Ertəsi 12:27
1993-cü il tevellüdlü Güleyşan Vaqif qızı Mustafayeva refiqesi Fatime Ağayeva ile “Vikinq” atraksionunda eylenerken qefil genc oğlanın hücumuna meruz qalıb.
Öten gün saat 21:00-da Bakının Sebail rayon erazisinde 21 yaşlı qızı vehşicesine döyübler. Sebail rayon Polis İdaresi 39-cu Polis Bölmesinden ANS PRESS-e verilen melumata göre, hadise bulvarda baş verib.
Bele ki, 1993-cü il tevellüdlü Güleyşan Vaqif qızı Mustafayeva refiqesi Fatime Ağayeva ile “Vikinq” atraksionunda eylenerken qefil genc oğlanın hücumuna meruz qalıb. Genc oğlan refiqesile eylenen qıza arxadan tepikle vurub. Daha sonra qıza bir neçe yumruq zerbesi vurub.
Qızların qışqırtısına etrafda olan insanlar yığışıb. Bu zaman hemin oğlan eraziden qaçıb. Deyilenlere göre, oğlan qızları evvelce izleyib ve onlara söz atırmış.
Polis qızı döyen oğlanın axtarışlarına başalyıb.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: