Azərbaycanlı miqrant Rusiya vətəndaşının gözünə bıçaq soxdu
28 Oktyabr 2013 Bazar Ertəsi 16:35
Göz pərdəsinin zədələnməsi, qaşın bıçaqla kəsilməsi xəsarəti almış gənc, təcili xəstəxanaya çatdırılıb.
Moskvanın cənubunda, azərbaycanlı miqrant yerli sakinlərdən birinə bıçaqla xəsarət yetirib. Yerliu mətbuatın xəbərinə görə, Biryulevo rayonunda müvəqqəti yaşayan, Lənkəran şəhərinin sakini, 42 yaşlı İsmayılov Bəhram Aydın oğlu, normadan artıq spirtli içki içərək, sərxoş vəziyyətdə yoldan keçənlərə sataşmağa başlayıb.

Məlumata əsasən, 42 yaşlı azərbaycanlı sərxoş halda, içtimai asayişi pozaraq, yoldan keçənləri söyüb və Çexovdan olan 20 yaşlı vətəndaşın sol gözünə bıçaqla zərbə endirib, sonra hadisə yerindən qaçaraq gizlənib.

Hadisə ötən həftənin cümə günü, təxminən 22.30 radilərində baş verib. Hadisəni Andropov prospekrindəki 21 nömrəli binadan izləmək mümükün olub. Yoldan keçənlər Rusiya milisinə zəng etsələr də, artıq gec olub.

Göz pərdəsinin zədələnməsi, qaşın bıçaqla kəsilməsi xəsarəti almış gənc, təcili xəstəxanaya çatdırılıb.

Rusiya milisinin apardığı araşdırmalar nəticəsində, Bəhramın işsiz olduğu və Çertanovskaya küçəsində yerləşən 21 nömrəli evin 109 nömrəli mənzilində yaşadığı məlum olub. Hazırda hüquq mühafizə orqanının işçiləri, azərbaycanlı miqrantın Moskvada indiyə qədər nə işlə məşğul olması və mənzilin ona kim tərəfindən kirayə verilməsi araşdırır.

Məlumatda, Rusyiyada yaşayan miqrantların bıçaqdan tez-tez istifadə etdikləri deyilir. Hadisənin baş verdiyi gecə, xarici görünüşcə qafqazlılara bənzəyən üç nəfər, Moskva sakinin qarşısını kəsərək, onu tapançaya bənzər alətlə qorxudublar, sonra ayağına xəsarət yetirərək, ondan 8 min rubl dəyərində pul, qol saatı, gümüş zincir boyunbağı, dəri gödəkçə götürərək hadisə yerindən qaçıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar