Azerbaycanlı esgerin asılmış meyiti tapıldı
29 Avqust 2013 Cümə Axşamı 12:58
Azerbaycanlı esgerin asılmış meyiti tapıldı. Ölen esgerin herbçi yoldaşları ile tez-tez mübahise etdiyi bildirilir.
Cəlilabad rayonunda yerləşən hərbi hissədə əsgər ölümü olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydəə alınıb.

Göranboy rayonu Qızılhacılı kəndindən hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofər oğlu bu gün axşam saatlarında xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb.

Əsgərin yaxınlarının dediklərinə görə, o bir müddət əvvəl hərbi hissədə daha çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub.

Qeyd edək ki, Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. Məsələ ilə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar