Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilib
22 Noyabr 2012 Cümə Axşamı 11:58
Gürcüstan vətəndaşları məntəqədən 4000 manat pul aparıblar
Azəraycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, hadisə Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindəki "Fərid" yanacaqdoldurma məntəqəsində olub.
Məntəqəyə gələn maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramova tapança və avtomat silahlarla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıb, oradan 4000 manat pul aparıb.
Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Nodar Qaruçava tutulub, Anquli Apşilava və Aleksandre Apşilava isə müəyyən edilib. Qaruçava Nodarın idarə etdiyi "Man" markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmüş 1 ədəd "AK" silahı, 1 ədəd "Revolver" markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.
DOSTLARINLA PAYLAŞ: