"Obyektiv TV"-nin əməkdaşı Vəfa Nağı iki nəfərin hücumuna məruz qalıb.
İnternet televiziyası "Obyektiv TV"-nin əməkdaşı Vəfa Nağı döyülüb. ANS PRESS-in məlumatına görə, jurnalist bu barədə öz "Facebook" səhifəsində yazıb. "20 Yanvar metrosunda iki oğlan mənə hücum etdi, mədəmin üstündən iki təpik vurub yerə yıxdı. Paltarım cırıldı. Qoluma da təpik vurdu. Qolumun və mədəmi ağrılarını dayandıra bilmirəm. Polisə müraciət etdim, dedilər ki, bu adamları tapa bilməyəcəyik."
V.Nağı ikinci dəfədir belə hücuma məruz qaldığını qeyd edib: "İkinci dəfədir ki, mənə küçədə hücum olunur və döyürlər. Mən bilmirəm hüquqlarımı necə mudafiə edim. Psixoloji cəhətdən özümü yaxşı hiss etmirəm, Heç bir səbəb olmadan ikinci dəfədir küçədə döyülürəm. Mən mühavizəçini haradan tapıb yanımda gəzdirim?"