Azərbaycanda Türkiyə vətəndaşını bıçaqlayan şəxslər tutulub
23 Aprel 2010 Cümə 11:30
Türkiyə vətəndaşını bıçaqlayan şəxslər tutulub. Faktla bağlı araşdırma aparılır.
Bakıda 3 gün əvvəl Türkiyə vətəndaşını bıçaqlayan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə daxil olan məlumata görə, aprelin 20-si saat 21 radələrində 8-ci mikrorayon S.S.Axundov küçəsində Türkiyə vətəndaşı Çiftçi İsmayılı bıçaqlayan şəxslər tutulub.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zeynal Əliyev və Ramil Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: