Azərbaycanda mikroavtobusla minik avtomobili toqquşdu: 1 ölü
    28 Yanvar 2012 Şənbə 14:09
    Hadisə Biləsuvarın Xırmandalı kəndində baş verib.
    
                	 
    
         Biləsuvar rayonu, Xırmandalı kəndində (rayon mərkəzindən 10 km aralı-red.) “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub. 
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində minik avtomobili aşıb. Minik avtomobilinin sürücüsü 1979-cu il təvəllüdlü Nurlan Xudaşirin oğlu Cabbarov hadisə yerində dünyasını dəyişib. 
Xilasedicilər N.Cabbarovun cəsədinin nəqliyyat vasitəsindən çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 09:15-də başa çatıb. 
DOSTLARINLA PAYLAŞ: