Azərbaycanda magistral qaz kəmərində partlayış olub, güclü yanğın başlayıb
30 Yanvar 2012 Bazar Ertəsi 12:58
Yanğının söndürülməsində böyük problemlər yaranıb.
Bu gün Azərbaycanda, Qazıməmməd-Qazax magistral qaz kəmərində dəhşətli partlayış baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, partlayış təxminən 11:30 radələrində magistral qaz kəmərinin 118-ci kilometrliyində Göyçay rayonunun Qarayazı kəndi ərazisində qeydə alınıb. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.
Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Bölgə müxbirinin verdiyi məlumata görə, partlayış baş verən ərazi yüksəklikdə yerləşməsi və yollar buzlu olduğu üçün texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaranıb. Bunun üçündə alovun qarşısının alınmasında çətinlik yaranıb. Alovları 100 metrə yaxın yüksəyə qalxdığı üçün 10 kilometrdən görünə bilir. Hazırda yanğınsöndürənlər alovların kəndə keçməməsinə çalışırlar.
Qeyd edək ki, yerli sakinlərin bildirdiyinə görə, kəmərin müxtəlif hissələrində əvvəllər də qaz sızmaları müşahidə olunub.
DOSTLARINLA PAYLAŞ: