Azərbaycanda “İnfiniti” su kanalına düşdü, ölən var
02 Fevral 2013 Şənbə 03:40
Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir
Salyan rayonun Kürsəngi kəndi ərazisində, Bakı-Astara yolundan 5 km aralıda “İnfiniti” markalı avtomobil su kanalına düşüb. APA-nın məlumatına görə, hadisə ötən gün saat 23 radələrində baş verib.
Hadisədən bir qədər sonra avtomobil sudan çıxarılıb. Avtomobilin çıxarılması ilə onun içərisində 1 nəfərin, yəni sürücünün olduğu məlum olub. Suda boğulmuş sürücünün Şirvan şəhəri sakini Xəqani küçəsi 19 mənzil 48 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Yusubov Rəşad Zamin oğlu olduğu müəyyən edilib. İlkin versiyaya görə qəzaya səbəb qatı dumanlı hava olub. Belə ki, görünmə məsafəsi 2-3 metr olub.