Azərbaycanda erməni əsgər öldü
18 İyul 2014 Cümə 11:51
Güllə yarası alan əsgər hadisə yerindəcə keçinib.
Ermənistan Silahlı Qüvvələrinin bir əsgəri Azərbaycanın işğal altında olan torpaqlarında - Dağlıq Qarabağda ölüb.

ANS PRESS-in məlumatına görə, bu gün səhər saatlarında Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində 1994-cü il təvəllüdlü Qevrok Artemoviç Avaqyan ağır güllə yarası alıb. Əsgər hadisə yerindəcə keçinib.

Ermənistan Müdafiə Nazirliyi hadisənin baş vermə səbəblərini araşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar