Azərbaycanda baş vermiş silahlı insidentin təfərrüatları məlum oldu
25 Dekabr 2012 Çərşənbə Axşamı 12:57
Yardımlı baş vermiş hadisə araşdırılıb
Azərbaycanın Yardımlı rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndinin meşə zolağında, Şahin Talıbovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ölməsi barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı, onun Masallı rayon sakini Ülvi Qüdrətzadənin ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşdən ölməsi müəyyən edilib. Ü. Qüdrətzadə tutulub.
DOSTLARINLA PAYLAŞ: