Azərbaycanda ağır yol qəzası baş verib
16 İyul 2013 Çərşənbə Axşamı 01:28
Xaçmazda iki maşın toqquşub, yaralılar var.
Xaçmazda iki maşın toqquşub. Xaçmaz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Qəndob -Yalama yolunun 19-cu kilometrliyində, Canaxır kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Məmmədəli oğlu Sultanovun idarə etdiyi “ 10-RO-647” dövlət nömrə nişanlı “QAZ 33-021” markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məmmədəli İbrahim oğlu Məmmədovun idarə etdiyi “10-RP-711 dövlət nömrə nişanlı “ İnfiniti” markalı avtomobil toqquşub. Qəza nəticəsində maşınlar yanıb.
Yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə gətirilir.
DOSTLARINLA PAYLAŞ: