Azərbaycanda 3 azyaşlı qarğıdalı çubuqlarından zəhərlənib
06 Avqust 2012 Bazar Ertəsi 14:14
Onlara ilkin tibbi yardım göstərilib.
Sumqayıtda 3 azyaşlı uşaq qidadan zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 4-də Sumqayıt şəhər sakini 5 yaşlı Leyla Mürsəlova, qardaşları 4 yaşlı Əbülfəz və 2 yaşlı Zülfüqar qidadan (qarğıdalı çubuqları və marmeladdan) zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.
DOSTLARINLA PAYLAŞ: