Azərbaycanda 19 yaşlı gəlin kanalda boğuldu
05 Noyabr 2012 Bazar Ertəsi 12:27
Hadisənin qadının atası evinə getdiyi zaman baş verib
Şabran rayonunda 19 yaşlı gəlin Samur-Abşeron kanalına düşüb. Şabran rayon polis bölməsinin rəis müavini Məmməd Musa Hüseynovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Ayşən Malik qızı İsmayılova kanala düşərək boğulub. Hadisə qadının atası evinə getdiyi zaman, Əliağa Şıxlınski 21 ünvanında baş verib. Belə ki, o atası evində olarkən ürəyi bulandığını deyib və kanalın kənarına gedib. Sonradan onun ayaqqabısı və saç sancağı kanalın yanından tapılıb.
Hazırda meyidin kanaldan tapılması istiqamətində əməliyyat aparılır. Hadisənin intihar, yaxud bədbəxt hadisə olması araşdırılır.
DOSTLARINLA PAYLAŞ: