Azərbaycanda 17 yaşlı nişanlı qız intihar etdi
26 Noyabr 2012 Bazar Ertəsi 10:46
İntihar hadisəsi Sabirabad rayonunun Yolçubəyli kəndində baş verib.
Bu gecə Sabirabad rayonu Yolçubəyli kəndində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, kənd sakini 1995-ci il təvəllüdlü Töhvə Əfqan qızı Ağammədova yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.

Hadisə baş verərkən qızın valideynləri evdə olmayıb. Onlar məsciddən gələrkən qızı evdə tapmayıblar. Axtarılan gənc qızın meyidi çardaqdan asılmış vəziyyətdə tapılıb.

Qızın qohumlarının ANS PRESS-ə verdikləri məlumata görə, qız qohumlarına nişanlı olub. Lakin qızı qonşularının oğlu sevirmiş. Qızın da onu sevdiyi bildirilir. Onun elə bu səbəbdən intihar etdiyi də ehtimal edilir.

Meyit tibbi ekspertizadan keçirilib. Prokurorluqdan isə hələlik qızın nə səbəbdən özünü öldürdüyünün araşdırıldığı bildirilib. Lakin onun sevgi üzündən canına qıydığı da istisna edilmir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar