Azərbaycan və Ermənistanın
27 Yanvar 2009 Çərşənbə Axşamı 11:24
Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçrənin Sürix şəhərində görüşü olacaq
Bu İsveçrənin Sürix şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbadyan arasında görüş keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin sözlərinə görə, nazirlərin görüşündə həmsədrlərin regiona son səfərinin nəticələri müzakirə olunacaq.
Nazirlik rəsmisi bu il münaqişənin həlli ili olacağına ümid etdiyini bildirib. O bu fikrini beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın mövqeyinin getdikcə zəifləməsi və bu ölkə bir çox beynəlxalq layihələrdən kənarda qalması ilə əsaslandırıb. Onun fikrincə, rəsmi İrəvan hazırkı vəziyyəti nəzərə alaraq danışıqlar prosesində dönüş yaratmalıdır.
Xatırladaq ki, yanvarın 28-də isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri-İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü nəzərdə tutulub. Görüş İsveçrənin Davos şəhərində keçiriləcək ümumdünya iqtisadi forumu çərçivəsində baş tutmalıdır. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş Sürixdə keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar