Azərbaycan Ordusunun əsgəri yoldaşını güllələyib
22 Dekabr 2012 Şənbə 12:24
Hadisə ehtiyatsızlıqdan baş verib.
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Göyçay rayonundan hərbi xidmətə çağırılan, 19 yaşlı Orxan İlqar oğlu İsmayılov silahı boşaldan zaman ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı, 19 yaşlı Fərid Sadıqova dəyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS-ə faktı təsdiqləyib.

Onun sözlərinə görə, yaralı əsgər hospitala yerləşdirilib. Qeyd edək ki, F. Sadıqov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar