Azərbaycan Ordusunun əsgəri ölüb
    30 Yanvar 2012 Bazar Ertəsi 12:45
    Hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
    
                	 
    
         Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. O, 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı. 
Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: