Avtomobil dayanacağında qeyr-adi hadisə
27 Avqust 2013 Çərşənbə Axşamı 12:47
Dayanacaq pulunu ödəməyən sürücü nəzarətçiyə hücum etdi.
Çində avtoparkda qeyri-adi hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sürücü qəbzi odəmədən dayanacaqdan uzaqlaşmağa çalışıb. Lakin nəzarətçi sürücünü saxlayıb və ondan pul istəyib. Onlar mübahisə etdikdən sonra qəzəblənən sürücü əlində olan çəkiclə nəzarətçinin başına zərbələr endirib və hadisə yerindən uzaqlaşıb. Ağır yaralanan dayanacaq nəzarətçisi xəstəxanaya yerləşdirilib.
Hadisə təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: