Astarada kişi qadını tüfəngin qundağı ilə döydü
    26 Fevral 2013 Çərşənbə Axşamı 13:28
    Şübhəli Bəxtiyar Həsənovun evindən sənədləri olmayan tüfəng götürülüb.
    
                	 
    
         Astara rayon sakini qohumunu silahla döyüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 25-də Astara rayonunun Qapıçıməhəllə kənd sakini Heyran Qulamova RPŞ-yə müraciət edərək, həmin gün qohumu Bəxtiyar Həsənovun ov tüfənginin qundağı ilə ona xəsarət yetirdiyini bildirib.
B.Həsənovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.
DOSTLARINLA PAYLAŞ: