Astara rayonunda bıçaqlanma hadisəsi baş verib
27 Fevral 2010 Şənbə 23:35
Rayon sakinləri torpaq üstündə qan töküblər
Azərbaycanın Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə fevralın 27-də rayonun Ərçivan kəndində baş verib.
Qonşuluqda yaşayan kənd sakinləri Mehman İbrahimovun Elbrus Əliyev və onun oğlu Etibar Əliyevlə torpaq üstündə başlanan mübahisəsi sonda bıçaqlanma ilə nəticələnib. Mehman İbrahimovun Etibar Əliyevə vurmaq istədiyi bıçaq zərbəsi araya girən ikincinin həyat yoldaşı, 1964-cü il təvəllüdlü Zəhra Əliyevanın kürək nahiyəsindən dəyib. Z.Əliyeva ağır vəziyyətdə əvvəl Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Lakin onun həyatı təhlükədə olduğundan Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb və hazırda orada həkimlərin nəzarəti altındadır. Hadisənin digər üç iştirakçısı da müxtəlif bədən xəsarətləri alsalar da, onların stasionar müalicəyə cəlb edilməsinə ehtiyac olmayıb.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: