Anasının başını divara vura-vura partlatdı
07 İyul 2014 Bazar Ertəsi 01:57
25 yaşlı sərxoş oğulla 56 yaşlı anası arasında naməlum səbəblə mübahisə baş verib.
Türkiyədə ana ilə 25 yaşlı oğlu arasında başlayan mübahisə böyük faciə ilə nəticələnib.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Məlumata görə, evin çardağında 3 dostu ilə spirtli içki qəbul edən Tayfun Yılmazla 56 yaşlı anası Şükriyə Yılmaz arasında naməlum səbəbdən mübahisə baş verib. Mübahisə zəminində T. Yılmaz alkoqolun da təsiri ilə anasının başını divara vurmağa başlayıb.

Zərbələrlə anasının başını partladaraq öldürən Yılmaz daha sonra hadisə yerindən qaçıb.

Hadisədən bir sonra qonşuların xəbər verməsi ilə meydana çıxan cinayətdən sonra polis T. Yılmazı gizləndiyi evdə aşkarlayaraq həbs edib.

Faktla bağlı cinayət məcəlləsinin bir çox maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar