Ana və onun 8 aylıq körpəsini maşın öldürdü
18 May 2014 Bazar 17:37
Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib

ANS PRESS-in Lent.az-a istinadən məlumatına görə, Bakı-Ələt yolunda "Mercedes" markalı minik avtomobili yolu keçən gənc qadını və qucağındakı 8 aylıq körpəni vurub.

Zərbənin gücündən ana və onun 8 aylıq balası 15-20 metr kənara düşüblər. Onların hər iki hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırmalar başlanılıb.

Qəzanı törədən avtomobil və sürücüsü müəyyən edilərək saxlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar