Bakı. Hafiz Heydərov – APA. İnsan alveri ilə məşğul olmaqda təqsirli bilinən Bakı və Gəncə şəhər sakinləri həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Kəsirə Əliyeva, Tahirə Rzayeva və onun qızı Aybəniz Abbasova bir qrup şəxslə cinayət əlaqəsinə girdiyi müəyyən edilib. Məlumata görə, onlar insan alveri ilə məşğul olaraq qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulublar. Bundan başqa Bakı şəhər sakini Mətanət Məmmədova bir qrup şəxslə cinayət əlaqəsinə girərək, insan alveri ilə məşğul olduğu müəyyən edilib. O, qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar həbs edilib.