Ailəsini güllələdi
29 Noyabr 2009 Bazar 10:50
54 yaşlı kişi 31 yaşlı həyat yoldaşı və 7 ,11 yaşlı oğlanlarının arxasınca qaçaraq onları atəşə tutub
Nyu-Cersi sakini ailə üzvlərini gülləbaran edib. Hadisə şahidlərinin sözlərinə görə, 54 yaşlı kişi 31 yaşlı həyat yoldaşı və 7 ,11 yaşlı oğlanlarının arxasınca qaçaraq atəş açmağa başlyıb. Yaxınlıqda olan polisin "silahı at" əmrinə məhəl qoymayan şəxs onu və ailə üzvlərini ağır yaralamağa və 7 yaşlı oğlunu isə qətlə yetirməyə imkan tapır. Baş verən atışma zamanı yaralanmış kişi və onun ailə üzvləri təcili xəstəxanaya aparılıb. Yolda ailə başçısı aldığı xəsarətlərdən keçinib. Onun bu hadisəni törətməsinin əsas səbəbi isə hələ müəmmalı olaraq qalır.

Qeyd edək ki, bu, Amerikada son bir il ərazində baş vermiş oxşar dördüncü hadisədir.
Sentyabr ayında bank meneceri həyat yoldaşını, üç övladını və qaynanasını qətlə yetirəndən sonra özünü öldürmüşdü.
Dekabr ayında isə Santa-Klaus geyimində keçmiş arvadının valideynlərinin evinə daxil olan kişi 9 nəfəri qətlə yetirdikdən sonra intihar etmişdi.
Yanvar ayında isə Kaliforniya sakini 5 uşağı və arvadını öldürdükdən sonra özünü öldürmüşdü. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar