Aile cinayeti: qardaş bacısını amansızcasına öldürdü
05 Noyabr 2013 Çərşənbə Axşamı 10:08
Cinayet bacı ile qardaşın mübahisesi zamanı töredilib.
Ötən gün saat 22:00 radələrində Oğuz rayonunda ailə münasibətləri zəmnidə dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Qarabaldır kəndində yaşayan Vasif Məmməd oğlu İsmayılov bacısı Hədiyyə İsmayılovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbəsi alan Hədiyyə İsmayılova dünyasını dəyişib.
Cinayət bacı ilə qardaşın mübahisəsi zamanı törədilib. Deyilənlərə görə, qardaş bacısını qısqanclıq zəminində öldürüb. Lakin qətlin dəqiq səbəbləri istintaqdan sonra məlum olacaq. Bacısını qətlə yetirən Vasif İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
DOSTLARINLA PAYLAŞ: