
 Ağstafada iki yeniyetməni ildırım vurub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Ağstafa rayon Polis şöbəsindən məlumat verilib. 
Məlumata görə, ildırım Aşağı Kəsəmən kəndində yağış yağan zaman küçədə olan 1991-ci il təvəllüdlü Mustafayev Rəşad Camal oğlu və 1993-cü il təvəllüdlü Mustafayev Cavid Saqif oğlunu vurub.Hər iki yeniyetmə yerindəcə dünyasını dəyişib. 
Qeyd edək ki, ölən gənclər əmioğludurlar.