Bakının Nərimanov rayonu ərazisində Ağdaş rayon sakini Tərlan Nəsiorvu bıçaqlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən, əvvəllər məhkum olunmuş Bədəl Kaşımovdur. Hadisə martın 1-də saat 23.15 radələrində Nərimanov rayonundakı Xətai prospektində baş verib. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B. Kaşımov tutulub. Onun barəsində Azərbaycan Cinayət Məcələsinin 126-cı (sağlamlığa qəsdən ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
T. Nəsirov xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. /ANS PRESS/
Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib