70 yaşlı kişi 10 yaşlı qızı anasının gözü qarşısında zorlayıb
19 Avqust 2013 Bazar Ertəsi 17:15
70 yaşlı kişi 10 yaşlı qızı anasının gözü qarşısında zorlayıb. Ana qocanın cinayetini uzun iller gizledib.
Türkiyədə dəhşətli cinayətin görüntüləri ortaya çıxıb. Aydında ruhi xəstə 10 yaşlı S.S.-ə anasının yanında təcavüz edən 70 yaşlı Ali Y. həm də görüntülər çəkib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüntülər təcavüzçü öldükdən sonra ortaya çıxıb.

Hər şey Almaniyada təqaüdə çıxdıqdan sonra Türkiyəyə köçən 70 yaşlı Ali Y. 2011-ci ildə getdiyi xəstəxanada 53 yaşlı Remzi S. və ailəsi ilə tanış olduqdan sonra başlayıb. Xəstəxanada ailəyə yardım edən Ali Y. sonra onların evinə qonaq gedib. Remzi S., arvadı 32 yaşlı Nurcan S., oğlu 14 yaşlı H.S. və ruhi xəstə 10 yaşlı S.S. onunla tanış olub. Sonradan Ali Y. evin xanımı Nurcan S.lə eşq yaşayıb. Sonra isə elə anasının yanında ruhi xəstə qıza təcavüz edib. Lakin sonradan xəstə qız üçün xəstəxanadan bakirə raportu verilib. Qız isə məhkəmədə ifadəsində deyib ki, anası Ali Y. ilə onun yanında cinsi münasibətdə olub. Sonradan kişi anasına etdiklərini ona da edib. Sonra isə balaca qıza pul verib və pulu da atası Remzi onun əlindən alıb. Ali Y. sağ olarkən ona qarşı heç bir sübut tapılmayıb. Lakin o, öldükdən sonra qıza təcavüz görüntüləri ortaya çıxıb. Hazırda polis qızın haqqında bakirə raportu verən həkim, ana və ata haqqında yeni cinayət işi açıb. Araşdırma davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar