5 yaşlı uşaq 17 yaşlı qızı sevdiyi üçün özünü öldürmək istədi
28 Aprel 2014 Bazar Ertəsi 18:20
Azyaşlı uşaq çoxlu dərman qəbul edərək özünü zəhərləyib.
Bakının Səbail rayonu ərazisində qəribə intihara cəhd hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, 5 yaşlı F.Ə. özünü öldürmək üçün çoxlu dərman qəbul edib. Maraqlı orasındadır ki, uşaq qonşuluqda yaşayan 17 yaşlı qızdan xoşu gəlib. Uşaq öz sevgisini qıza elan edib.
Qız isə özündən 12 yaş kiçik uşağın sevgisini qəbul etməyib. Bu səbəbdən də uşaq özünü öldürmək istəyib. Bu barədə uşağın dayısı Elmurad Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib.
F.Ə. dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır. Uşaq bu gün evə buraxılacaq.
DOSTLARINLA PAYLAŞ: