5 nəfər suda boğuldu
18 İyul 2014 Cümə 16:04
Dünən Azərbaycanda 5 nəfər suda boğularaq ölüb. Suya qərq olanlardan biri azyaşlıdır.
Dünən Azərbaycanda 5 nəfər suda boğularaq ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölənlərdən biri azyaşlıdır.
Qeyd edək ki, hadisə ölkənin müxtəlif yerlərində baş verib. Belə ki, Göygöl rayonunun ərazisində Goranboy rayon sakini Asiman Hüseynov Gəncə çayının rayonun ərazisindən keçən hissəsində çimərkən boğulub. Salyan rayonu Babazanlı qəsəbə sakini Azər Əliyev və qardaşının oğlu 2 yaşlı Sabir çayda çimərkən boğulublar. Azərin meyitinin tapılması üçün tədbirlər görülür.
Hadisələrdən biri də Qəbələ şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini Coşqun Abdulhüseynov göldə çimərkən boğulub.
Dünən daha bir boğulma hadisəsi Şəmkirdə baş verib. Şəmkir rayonunun Kür qəsəbəsinin ərazisində Gəncə şəhər sakini Razim Əhmədov Şəmkir rayon Su Elektrik Stansiyasına (SES) məxsus göldə çimərkən boğulub.
Boğulanların meyiti sudan çıxarılıb.
DOSTLARINLA PAYLAŞ: