350 fehle toyuq etinden zeherlenib
27 Avqust 2013 Çərşənbə Axşamı 02:01
Zeherlenenlerin böyük ekseriyyeti Türkiye, Tacikistan ve Azerbaycan vetendaşlarıdır.
Rusiyanın Sankt-Peterburq şəhərində "Pulkovo-3" Hava limanının tikintisini həyata keçirən "IC İçtaş-Astaldi" inşaat şirkətində işləyən 350 fəhlə günorta verilən toyuq ətindən zəhərlənib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəhərlənənlərin böyük əksəriyyəti Türkiyə, Tacikistan və Azərbaycan vətəndaşlarıdır.
Zəhərlənən işçilər avtobus və təcili yardım maşınları ilə Botkina Dövlət Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar.
"IC İçtaş - Astaldi" şirrkətinin əməkdaşı Bülent Öztürk, xəstəxanaya çatdırılan fəhlələrdən 15-nin vəziyyətinin ağır olduğunu bildirib. İşçilərin həyati təhlükəsinin olmadığını deyən Öztürkün sözlərinə görə, işçiləri yeməklə təmin edən türk şirkətinin rəhbəri də xəstəxanaya çatdırılanlar arasındadır.
İşçilərdən Aydın İltır, günorta verilən nahar menyusunun şorba, toyuqlu kartof və almadan ibarət olduğunu, amma toyuq ətinin dad verdiyi üçün yemədiyini deyib.
DOSTLARINLA PAYLAŞ: