İntihardan əvvəl Xanım Ceyranovanı ərinin qohumları qəddarcasına döyüblər.
Gürcüstanın Qaraçöp (Saqareco) elinin Ləmbəli kəndində qadın özünü asıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Rustavi-2” televiziya kanalı məlumat yayıb.
"Intihar etmiş qadını asılmış vəziyyətdə ailə üzvləri tapıb. Ləmbəli kənd sakinləri intiharı bir gün əvvəl baş vermiş hadisə ilə əlaqələndiriblər. 30 yaşlı Ləmbəli kənd sakini Xanım Ceyranovanı ərinin qohumları qəddarcasına döyüblər. İlkin versiyaya görə, dəhşətli hadisənin səbəbi qısqanclıq olub. Qohumlar qadını əvvəl kəndin mərkəzində, sonra isə kənddəki mağazanın arxasında döyərək, atası evinə aparıblar", Rustavi-2 televiziyasının xəbərlər proqramında bildirilib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Polis hadisəni araşdırır.