30 hektar taxıl sahesi yandı
    13 İyun 2013 Cümə Axşamı 05:03
    Ağsu rayonunda baş verən yanğın qısa müddət ərzində söndürülüb.
    
                	 
    
         Ağsu rayonunda 30 hektaradək taxıl və örüş sahəsi yanıb. ANS PRESS-in Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Padar kəndində vətəndaşa məxsus 3 ha biçilməmiş, kənd əhalisinə məxsus 20 ha biçilmiş taxıl sahəsi və kənd bələdiyyəsinə məxsus 2 ha kol-kos yanıb. 
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
DOSTLARINLA PAYLAŞ: