3 yaşlı uşağın qoluna döyme etdi
13 İyun 2013 Cümə Axşamı 02:55
Əvəzində 6 ay müddətinə həbsə göndərildi.
ABŞ-ın Nyu-Meksiko şəhərinin sakini 3 yaşlı qohumunun qolunda döymə etdiyi üçün 6 ay müddətinə azadlıqdan məhrum edilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, məhkəmə 29 yaşlı Kruz Tenorionu döymədə qeyri-steril alətlərdən istifadə etdiyi üçün bu qədər cəza verib.
İddiaçı tərəf isə məhkəməyə onun uşağın bilərəkdən həyatına və sağlamlığına zərər verə biləcəyi ilə bağlı şikayət edib.
Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. Belə ki, Tenorio uşağın qounda “1” rəqəmini döyüb. Bunun isə nə anlama gəldiyi məlum deyil.
DOSTLARINLA PAYLAŞ: